
Azərbaycanda Dinlər və Məzhəblər
Bir Vahid Din İşığında
Dini fanatizm və nifrət dünyanı yandıran oddur və onun şiddətini heç kəs söndürə bilməz. Ancaq İlahi Qüdrətin Əli bəşəriyyəti bu viranedici bəladan qurtara bilər... Həzrət Bəhaullah
Kitabın Fəsilləri
Din
Üç Təlimin Predmeti Kimi
Azərbaycanda Dinlər və Dini Məzhəblərin Bir Vahid Din Prizmasından Təsnifatı
Azərbaycanda Dinlər və Dini Məzhəblər
Dinlərin Əzəli Birliyi və
Bir Vahid Din Konsepsiyası
Kitabda Axtarış
Axtarış sözunuzu burda yazın, məsələn İslam, İlahıyyat, və s.
Azərbaycanda Dinlər
Bir Vahid Din İşığında
Kitabın Ön Sözü

Bu prinsiplər və qanunlar, bu möhkəm bərqərar olmuş və qüdrətli sistemlər, bir Mənbədən gəlmişdir və bir İşığın şüalarıdır. Onların birinin digərindən fərqlənməsi onların bəyan edildikləri dövrün müxtəlif tələblərinə görədir. -Həzrət Bəhaullah
İnsanların ruhani həyatında əsrlər boyu Din qədər böyük rol oynamış amil tapmaq mümkün deyildir. Din, insan həyatını yaradıldığı gündən Əbədi Olana bağlayaraq, ona yüksək məna vermişdir. Daş dövründən tutmuş müasir informatika əsrinə kimi, dərin dəyişikliklərə və metamorfoza məruz qalsa da, o, insan ruhunda və dünya mədəniyyətinin daxilində yaşamaqda davam etmişdir. Misir piramidalarının və Babil himnlərinin, Bibliya və Parfenonun, Qurani – Kərim və Avestanın, Qot stilində tikilmiş vitrajların və rus ikonalarının, Nəsimi və Dostoyevskinin yaradıcılığının, Platon, əl-Biruni, Farabi və Lev Tolstoyun düşüncələrinin, Maraği və Baxın musiqisinin, Martin Lüter, Əbdül-Bəha və Şövqi Əfəndinin, Qandi və Xomeyninin sosial ideyalarının əsası Dindədir. Din bir çox tarixi hərəkatlarda həlledici impuls olmuşdur. Asiyada Buddizmin və antik dünyada Xristianlığın yayılması, İslam furuatları, Avropada Reformasiya, İranda babilər hərəkatı və yeni dövrdə Bəhailiyin ortaya çıxması, bəşəriyyətin həyatında əsl dönüş nöqtəsi olmuşdur. Etika və metafizika, incəsənət və təbiətşünaslıq öz yaradılışına görə Dinə borcludurlar: incəsənət ayin kimi dünyaya gəlmiş, elm və fəlsəfə dünyaya dini baxışı dərk etmək cəhdi kimi yaranmış, mənəviyyat, hüquq, ailə Dinin göstərişlərinə əsaslanmışdır. Din keçmişdə olduğu kimi, bu gün də istənilən mədəniyyətə daxili vəhdət gətirən təməl rolunda çıxış edir. Tanınmış rus alimi V.İ.Vernadskiy hələ keçən əsrin 20-ci illərində aşağıdakıları söyləmişdir: “Elm də insan şəxsiyyətinin bütün başqa təzahürləri kimi Dindən törəmişdir”......
Azərbaycanın
Bir Vahid Din
Mərkəzi
Kazım Kazımzadə küçəsi 40, Bakı AZ1111, Azerbaijan
("Nəsimi" metrosunun yaxınlığında)
BirVahidDin@gmail.com Tel:+994-055-221-60-71

Görüş Vaxtın Təyinatı
"Vahid Din" mərkəzində hər ayın ikinci həftəsi ikinci günlər saat 16-00-dan 18-00-a kimi arzu edənlər üçün bu mövzu ətrafında söhbətlər təşkil olunacaq.Qabaqcadan adınızı yazın və gəlin.
Sizin tanış olmaqdan şad olaram!