© 2016 Azər Cəfərov yazıçı 

Din Üç Təlimin Predmeti Kimi

İlahiyyat
 

İlahiyyatın (teologiyanın) – məqsədi yalnız bir dinin (məzhəb və ya  təriqətin) haqq din və ya “səmavi” din olduğunu, qalan dinlərin  haqq olmadığını, yaxud haqq  dinin gəlişi ilə öz ilahi (“səmavi”) mahiyyətini itirdiklərini insanlara çatdırmaqdır. Bu zaman “haqq dinin” sonuncu İlahi həqiqət kimi təqdim olunması və Allahdan daha heç bir dinin göndərilməyəcəyinə zəmanət verilməsi ilahiyyatın səciyyəvi cəhətidir....     Davamı

Cəmiyyətdə İlahiyyat, Ateizm və Dinşünaslığın Rolu
 

Dini tədqiq edən təlimlərin ma­hiyyəti və onların müasir cə­miy­yətdə rolunu nəzərdən keçirək. Bu bizə nə üçün lazımdır? Əvvəla, Din - fərdin və insan cəmiyyətinin “daxili” həyatının ayrılmaz hissə­sidir və dinsiz cəmiyyətlər əvvəl-axır ağır mənəvi, sosial, iqtisadi, hətta siyasi problemlərlə üzləşməli olurlar;  İkinci, Dinin kimin tərəfindən öyrənilməsinin və hansı formada təqdim edilməsinin həm adi vətəndaş, həm də dövlət üçün böyük əhəmiyyəti vardır. Ona görə də Dini tədqiq edib, onu fərdlərə, dövlət və cəmiyyətə təqdim edən təlimlərin üzə­rində bir qədər ətraflı dayanaq....     Davamı

Ateizm

 

Ateizmin (yun. a-inkar etmək, theos-allah) ideoloqları öz təlimlərini əqli tərəqqinin, elm, mədəniyyət və bütövlükdə insan cəmiyyətinin inkişafının zəruri nəticəsi kimi ortaya çıxmış dünyagörüş, ictimai şüurun forması kimi təqdim edirlər.  Bizim irəli sürdüyümüz baxışa görə, ateizm ikili mahiy­yətə malikdir. Öncə Ateizm və Din “əkiz qardaşlar” kimi eyni vaxtda yaranmışlar. Ateizm və dinin əsasında Allahın insana verdiyi iradə, Xaliqə “inanmaq” və ya “inanmamaq”  azadlığı durur. Başqa sözlə, ateizm və din Allahın insana bəxş etdiyi iradə azadlığının ifadəsi, insanın onun qarşılığında etdiyi seçimdir.  Belə görünür ki, insan ona verilmiş...              Davamı

Dinşünaslıq

 

Dünşünaslığa dair ədəbiyyatlarda bu təlimin predmeti haq­qında baxışlar fərqlidir. Əksər müasir mənbələrdə  (qərb dinşünas­lığında) o, dinin yaranma qanunauyğunluğunu inkişaf mərhələ­lərini və funksiyalarını, onun quruluşunu və müxtəlif kompo­nentlərini, onun çoxcəhətli fenomenlərini, dinin mədəniyyətin müxtəlif sahələri ilə qarşılıqlı əlaqə və təsirini öyrənən təlim kimi qəbul edilir. Bir sıra mənbələrdə isə dinşünaslıq fəlsəfə elmində bir istiqamət kimi götürülür və  təbii ki, bu təlim daxilində bölmələr  (dinin fəlsəfəsi, dinin sosiologiyası, dinin psixologiyası, dinin fenomologiyası, dinin tarixi) ayırarkən ona bu cəhətdən yanaşılır....              Davamı

Dini fanatizm və nifrət dünyanı yandıran oddur və onun şiddətini heç kəs söndürə bilməz. Ancaq İlahi Qüdrətin Əli bəşəriyyəti bu viranedici bəladan qurtara bilər...                   Həzrət Bəhaullah