top of page

Protestantlıq

Xristianlıq daxilində geniş yayılmış dini məzhəblərdən biri də Protestantlıqdır. Protestantlıq Lüteranlıq və lüteranlığın təsiri altında yaranmış dini məzhəb və təriqətləri əhatə edir. Bu dini məzhəb və təriqətləri çox vaxt “protestant dinlər və ya məzhəblər” adlandırırlar. Bu məzhəbləri başqa xristianlardan fərqləndirən ümumi cəhət onların təlimləri daxilində ilk dəfə lüteranlar tərəfindən formalaşdırılmış təlimin olmasıdır. Hazırda dünyada ardıcıllarının sayı 450 milyon nəfər olan 28 protestant təmayüllü məzhəb vardır. Protestant məzhəbləri ilkin və sonrakı olmaqla iki qrupa bölünür. İlkin protestant məzhəblərinə XVI əsrdə yaranmış üç məzhəb aid edilir:

  • - Lüteranlıq (XVI əsrin birinci yarısında Almaniyada yaranıb);

  • - Kalvinizm (XVI əsrin 30-40-cı illərində İsveçrədə yaranıb);

  • - Anqlikanlıq (XVI əsrin 30-70-ci illərində İngiltərədə yaranıb).

Protestantlığa aid edilən qalan məzhəb, cərəyan və təriqətlər sonrakı dövrlərə aid edilir. Protestant kilsələrinin təşəbbüsü ilə 1948-ci ildə xristianlığın müxtəlif məzhəblərini birləşdirən Ümumdünya Kilsələr Şurası – ekumençilik hərəkatının rəhbər orqanı yaradılmışdır. Bu bölmədə biz yalnız Azərbaycanda fəaliyyət göstərən protestant məzhəblərini nəzərdən keçirəcəyik

bottom of page